• $
  • €
  • ₽
  • ₺
  • £

İyul-sentyabr aylarında 345,2 milyon smartfon istehsal ediləcək

İyul-sentyabr aylarında 345,2 milyon smartfon istehsal ediləcək
29.05.2020 06:42
Cari ilin ikinci yarısında dünyada smartfon istehsalı əvvəlki rüb səviyyəsində qalıb. Bu barədə "TrendForce” tədqiqat şirkətinin hesabatında deyilir.

anews.az ICTnews-a istinadən xəbər verir ki, aprel-iyunda istehsalçılar tərəfindən yanvar-martda olduğu kimi, ümumilikdə 324,2 milyon qurğu buraxılıb.

Bununla belə, 2017-ci ilin birinci yarısının yekunları üzrə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7 faizlik artım qeydə alınıb. Altı ay ərzində təxminən 650 milyon smartfonun istehsal edildiyini hesablayan ekspertlər Çinin brendlərinin qurğu buraxılışını genişləndirməsini, digər ölkə şirkətlərinin isə, əksinə, istehsalı azaltmasını qeyd edirlər. Ayrı-ayrı istehsalçılar barədə məlumat verilmir.  

Analitiklər tərəfindən üçüncü rübdə ilk "Apple” smartfonlarının buraxılışı ilə əlaqədar yeni "iPhone” modellərinin satışa çıxarılmasının 10 illik yubileyi münasibətilə qlobal smartfonlar bazarında canlanma proqnozlaşdırılır. Bazarda mövqelərinin zəifləməsinə imkan vermək istəməyən digər istehsalçıların da yaxın bir neçə ayda yeni qurğular təqdim edəcəkləri gözlənilir. 

Proqnoza görə, iyul-sentyabrda smartfon istehsalçıları 345,2 milyon qurğu buraxacaq, sonuncu rübdə isə göstəricini daha 16,8 faiz - 403,1 milyon ədədədək artıracaq. Bunu nəzərə alaraq, ehtimal olunur ki, ilin ikinci yarısında smartfon istehsalının həcmi birinci rübdən 10 faiz çox olacaq.

"TrendForce” şirkətinin 2017-ci il üçün proqnozunda 2016-cı ildəkindən daha çox qurğunun (1,39 milyard) satışa çıxarılacağı nəzərdə tutulur.   

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol