• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbi turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib" - FOTO

Əcnəbi turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib" - FOTO
29.05.2020 08:46
Polşalı turist Azərbaycan polisinə təşəkkür edib.

Polşa vətəndaşı Sebastian Gmerek öz Facebook səhifəsində polislərimizlə çəkdirdiyi şəklini paylaşaraq onlara minnətdarlığını ifadə edib.

Milli.Az-ın məlumatına görə, Polşa Respublikasının Poznan şəhər sakini Sebastian Gmerek iyulun 23-də ölkəmizə turist kimi səfərə gəlib. Azərbaycanın gözəlliyi, füsunkar təbiəti onu valeh edib. 25 yaşlı turist İsmayıllı rayonunun Həftəsiab kəndində olarkən qoyun sürüsünü görüb onları yaxından müşahidə etmək istəyib. Lakin yaxınlaşan zaman sürünü qoruyan çoban itləri ona hücum edib, yüngül xəsarət yetiriblər.

Xoşbəxtlikdən həmin vaxt ərazidə xidmət aparan İsmayıllı RPŞ-nin polis sahə rəisləri - polis leytenantları Mahir Nurəliyev və Nicat Osmanov səs-küyü eşidib, tez özlərini köməyə yetiriblər. Polis əməkdaşları polşalı turisti itlərin hücumundan xilas edib, dərhal ilkin tibbi yardım göstərib, müayinə olunması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Hazırda Sebastian Gmerekin vəziyyəti yaxşıdır, rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir. 

Həkimlərin dediyinə görə onun səhhəti yaxşıdır.

Polşalı turist bildirib ki, azərbaycanlıların qonaqpərvərliyi, həmçinin, Azərbaycan polisinin şücaəti və operativliyi onu valeh edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol