“Allahu Əkbər” deyərək ABŞ-ın Bakıdakı səfirliyinə hücum etdi

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.
anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, naməlum şəxs səfirliyin qarşısında "Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.
Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə.Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























