• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadın Liderliyi Uğrunda” İB dəvət edir

“Qadın Liderliyi Uğrunda” İB dəvət edir
02.08.2017 15:06
Dünyada neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. 

İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olması və s. sosial-psixoloji vəziyyəti gərginləşdirib. Əhalinin xüsusilə aztəminatlı hissəsi, müəyyən risq qruplarında təmsil olunan təbəqəsi ölkədə gedən prosesləri çətin keçirir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, gələcəyə olan ümid və inamları sarsılır. Nəticədə cəmiyyətdə bir sıra neqativ halların, eləcə də sosial bəla olan intiharların sayının durmadan artmasının şahidi oluruq.

"Qadın Liderliyi Uğrunda” İB AR Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirir.

Bu layihə çərçivəsində avqustun 3-ü saat 12:00-da "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda Dəyirmi Masa keçiriləcək. Eyni zamanda mövzu ilə bağlı KİV-də məqalə müsabiqəsi elan ediləcək. "Qadın Liderliyi Uğrunda” İB mövzu ilə bağlı müzakirələrdə iştirak etmək istəyən hər kəsi, həmçinin məqalə müsabiqəsinə qatılmaq istəyən jurnalistləri dəvət edir!

Tədbirdə müvafiq dövlət qurumlarının, QHT-lərin, medianın nümayəndələri və ictimai fəallar iştirak edəcək.

Moderator "Cənubi Qafqaz” politoloqlar klubunun sədri İlqar Vəlizadə.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol