• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Zeynalov Bakıdakı dəhşətli qəzadan danışdı

Ramiz Zeynalov Bakıdakı dəhşətli qəzadan danışdı
04.08.2017 14:17
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib.

Anews.az xəbər verir ki, general R.Zeynalov ölkə.az-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib:

"Hazırda tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək".

Xatırladaq ki, ötən gecə paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.    

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Onu da bildirək ki, qəzadan sonra hadisənin təfərrüatı məlum olub. Belə ki, qəzaya uğrayanlardan biri Baş nazirin müavini, "Qaçkınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Qəzaya uğrayan "10-PP-203" dövlət qeydiyyat nişanlı "Mercedes Galendevagen" avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol