• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama

Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama
04.08.2017 15:56
Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Heydər Əliyev prospektində dəhşətli yol qəzası baş verib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mətbuatda yayılan xəbərlərə görə, qəza zamanı yanan avtomobil baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahaverdiyevə məxsusdur. Onun qəzada xəsarət aldığı deyilir.

N.Allahverdiyevin sahibi olduğu "Soho Lounge Bar”-ın administratoru əməkdaşımızla söhbətində məlum qəzadan xəbərdar olduqlarını bildirib. Adının mətbuatda çəkilməsini istəməyən şəxsin sözlərinə görə, N.Allahverdiyev qəza zamanı həmin avtomobildə olmayıb.

"Nail müəllim hazırda evdədir. Dünən xəbəri eşidib, narahat olduq. Dərhal telefonla əlaqə saxladıq. Bildirildi ki, o, qəza zamanı maşında olmayıb. Bakıda, öz ailəsinin yanındadır. Yəqin ki, vaxt edib kluba baş çəkəcək”.(azvision.az)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol