Azərbaycan snayperləri uğur qazandı

Azərbaycan snayperləri Beynəlxalq Ordu Oyunlarında.
Snayperlər Beynəlxalq Ordu Oyunlarında növbəti mərhələyə yüksəlib
Bu gün "Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.
Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























