Gəncədə təcili tibbi yardım maşınının iştirakı ilə qəza baş verib

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21015” markalı avtomobillə "Mercedes-Benz” markalı təcili tibbi yardım maşını toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, maşınlara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























