• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yanan “Gelandewagen"i nazir müavinin nəvəsi sürüb - RƏSMİ

Bakıda yanan “Gelandewagen"i nazir müavinin nəvəsi sürüb - RƏSMİ
05.08.2017 12:09
Nail Allahverdiyev cinayət məsuliyyətinə cəlb olunacaq

Bakıda iki gün öncə 2 nəfərin ölümü ilə nəticələnən qəza zamanı yanan "Mercedes Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyevin olduğu müəyyən edilib. 

İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı cipin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına açıqlama verib. 

 
Açıqlamada qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və "Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edildiyini bildirib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, qəza avqustun 3-də axşam saatlarında Heydər Əliyev prospektində baş verib. 

"Gelandewagen” markalı maşın piyadanı və yolda dayanan iki türk vətəndaşını vurduqdan sonra yoldan çıxaraq alışıb. Nəticədə sürücü olduğu deyilən Mehdi Əliyev və piyada Vaqif Əsədov adlı piyada ölüb. 

Qəzaya uğrayan maşının baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu, qəza zamanı onun da maşında olduğu iddia edilib. Lakin APA nazir müavinin nəvəsinin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlamışdı. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol