BMT-nin Bakıdakı nümayəndəliyinə məxsus avtomobil piyadanı vurub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.
anews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zığ şössesində qeydə alınıb.
Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi "Mitsubishi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub.
Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























