Əli Həsənov nəvəsindən danışdı

Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənov son günlər medianın gündəminə çevrilmiş nəvəsinin iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzasına münasibət bildirib.
İstiPress-in məlumatına görə, Əli Həsənov gununsesi.info-ya faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Xatırladaq ki, avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada "Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub. Məlum olub ki, sükan arxasında "Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























