• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb
07.08.2017 23:50
Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Son həftə ərzində Dövlət Miqrasiya Xidmətinin qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­rdiyi tədbirlər za­ma­nı Azərbaycan ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 5 nə­fər Hindistan, 1 nəfər Filippin və­tən­da­şı, 1 nəfər Türkiyə və 1 nəfər Qazaxıstan vətəndaşı sax­­­lanılıb.

Xidmətdən "Report"a verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Sa­leem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.

Keçirilən tədbirlər zamanı saxlanılna Hindistan vətəndaşı Navdeep Saklani öz həmvətənlərinə (Gurmukh Singh, Singh Dilbag, Arminder Singh, Rajanpreet Singh) Azərbaycan Respublikasında müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həm­çinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verməklə, onların qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. 

Həmin əcnəbilərdən A.Singh "Singh Company” MMC-nin direktoru, S.Dilbag "Singhs and İndian” MMC-nin direktor müavini qismində müvəqqəti yaşama icazəsi verilməsinə dair Dövlət Miqrasiya Xidmətinə müraciət edib, şirkətlərin fəaliyyətlərinin olmadığı üçün müraciətlərə imtina edildikdən sonra onlar ölkəni tərk etməyiblər və keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

Bundan əlavə, Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Saxlanılmış Qazaxıstan vətəndaşı Larisa Varfolomeyevanın 1994-cü ildən və Türkiyə Respublikası vətəndaşı Ali Güneşin isə 2015-ci ildən ölkə ərazisində qanun­suz yaşadıqları məlum olub.

Aşkar edilən faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol