• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı – RƏSMİ AÇIQLAMA

Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı – RƏSMİ AÇIQLAMA
07.08.2017 21:11
Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib.
 
 
Türkiyə XİN rəsmisi H.Müftüoğlu "Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı Səfirliyə məlumat verilib:

"Adətən, xarici ölkələrdə baş verən avtomobil qəzaları nəticəsində həlak olan və ya yaralanan Türkiyə vətəndaşları ilə bağlı müvafiq diplomatik nümayəndəliklər məlumat öyrənir. Azərbaycan da hüquqi dövlətdir. Biz bu hadisə ilə bağlı da Azərbaycan dövlətinin ədalətli qərar verəcəyinə əminik. Biz Azərbaycan məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

H.Müftüoğlu qeyd edib ki, sözügedən hadisə Azərbaycan-Türkiyə münasibətlərində heç bir mənfi təsir göstərə bilməz:

"Dünyanın bir çox ölkələrində baş verən avtomobil və digər qəzalarda Türkiyə vətəndaşları həlak olurlar. Bu hadisələrin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması da həmin ölkələrin daxili işləridir. Azərbaycanın qanunvericilik orqanlarına, o cümlədən məhkəmələrinə inamımız sonsuz olduğu üçün qəzada həlak olan və ya yaralananlarla bağlı da ədalətli addımlar atacağına əminik. İnanırıq ki, qardaş Azərbaycan dövləti qəzada yaralanan Türkiyə vətəndaşları ilə bağlı təqsirli şəxslərin cəzalandırılmasını layiqli şəkildə yerinə yetirəcək. Buna heç bir şübhəmiz yoxdur”.

Xatırladaq ki, avqustun 3-də axşam saat 21.20 radələrində Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, "Mercedes Gelandawagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ 2115 markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.

Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol