• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik tanınmış restoran sahibinə 57 min manatlıq cərimə yazdı

Nazirlik tanınmış restoran sahibinə 57 min manatlıq cərimə yazdı
09.08.2017 13:40
Ağacları məqsədli şəkildə məhv etdiyinə görə restoran sahibinə 57360 manat məbləğində cərimə tətbiq edilib.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən "Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quru köküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış duz tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.

Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 m2 torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda, Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.

Faktla bağlı "Bulaq” restoranının sahibi E.Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində cərimə tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol