• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılacaq

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılacaq
09.08.2017 19:00
Tədqiqatlara ilkin olaraq Çilov adasından başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparacaq.
Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Akademiyadan bildirilib ki, tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. 

Tədqiqatlara ilkin olaraq Çilov adasından başlanılıb. Eyni zamanda, Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adalarında tədqiqatların davam etdirilməsi nəzərdə tutulub. Ekspedisiya iki il davam edəcək. 

On iki nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir.

Xatırladaq ki, bu adaların 80 faizi vulkan mənşəlidir. Müvafiq təşəbbüs həyata keçirilərkən ilk dəfə dron aparatından istifadə ediləcək. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. Xəzərdə ilk dəfə aparılan bu tədqiqat AMEA-nın tarixində böyük və tarixi hadisədir. Xəzər adalarının fauna və florası demək olar ki, indiyədək heç vaxt öyrənilməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol