Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb - VİDEO

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb.
anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Hava limanında sərnişinlərin sıxlığı yaranıb.
Hava limanından bildiriblər ki, problem elektron qeydiyyat sistemində yaranıb və buna səbəb hava limanının yeni terminalında aparılan işlərdir. Texniki problemə baxmayaraq, hava limanında heç bir reys ləğv olunmayıb. Elektron qeydiyyat sistemində problemin tam aradan qaldırılması üzrə işlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























