İcra başçısının gənc xanım müavini kimdir? – FOTOLAR

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının yeni müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Fərəcova Rəna Möhübbət qızı təyin edilib.
Qaynarinfo.az-ın məlumatına görə, Rəna Fərəcova Azərbaycan Dillər Universitetinin məzunudur. O, 2011-ci ildə Bakalavr, 2013-də Magistr təhsilini bitirib.
İcra başçısının müavini bundan əvvəl Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasında müəllim kimi fəaliyyət göstərib.
O, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını "Müasir ingilis dilində təyin-budaq cümləli tabeli mürəkkəb cümlələrin variativliyi” mövzusu üzrə müdafiə edib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























