Masallı dağlarında yanğın başladı

anews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində, saat 10:50-də yanğın məhdudlaşdırılıb.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























