• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib
10.08.2017 23:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən necə istifadə etmək olar?

Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə "Bütün xidmətlər” bölməsini seçin. Daha sonra "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən "Elektron müraciət” adlı xidməti seçin. 

Açılan səhifədə "Su kanal idarələri”, yaxud "İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib "Müraciət et” düyməsinə sıxın.

Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanınızı qeyd edib, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçin. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə "Fayl əlavə edin” bölməsindən sənədləri sistemə yükləyin. Bundan sonra "Müraciət et” düyməsini aktivləşdirməklə müraciətinizi göndərmiş olacaqsınız.

Göndərildikdən sonra müraciətinizin qeydiyyata alınması və nömrəsi barədə bildirişi ekranda görəcəksiniz.

Qeydiyyata alındıqdan sonra müraciətiniz "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq struktur vahidinə icraya yönləndirilir. Müraciətin nəticəsi haqda məlumat isə vətəndaşın anketdə qeyd etdiyi elektron poçt ünvanına göndərilir. 

Qeyd edək ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol