• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda isti havalardan sonra quraqlıq gözlənilirmi?

Azərbaycanda isti havalardan sonra quraqlıq gözlənilirmi?
11.08.2017 11:30
"Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir”.

anews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: "Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.

A.Verdiyev vurğulayıb ki, adətən isti yay aylarında çayların məcrasında quraqlıq baş verir, lakin isti havaların ardınca yağışdan sonra çaylarda sululuq bərpa olunur.

Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Azərbaycanın bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol