• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxt sakinləri hansı çimərlikləri seçir? – SORĞU

Paytaxt sakinləri hansı çimərlikləri seçir? – SORĞU
11.08.2017 16:40
anews.az xəbər verir ki, "ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edib.

Abşeron yayının yaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey də var ki, bu da çimərlik mövsümüdür. 

Cəmi bir neçə ay davam edən mövsümü hər kəs dəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə qaralmaq üçün üz tutur Xəzərin sahilinə. 

Sorğu nəticəsində bəlli oldu ki, paytaxt sakinlərinin yarıdan çoxu yayda çimərliyə üz tutur (62 %). Dənizə üz tutanlar arasında 35-44 yaş aralığında olan respondentlər üstünlük təşkil edir (73 %). 

Dənizə gedənlərin əksəriyyəti ödənişsiz çimərliklərə üstünlük verir (44 %). Ödənişli çimərlikləri bəyənənlər nisbətən azdır (31 %). Respondentlərin dörddə biri isə çimərliklər arasında fərq qoymur - həm ödənişli, həm də ödənişsiz çimərliklərə üz tutur (25 %). 

Dənizə alternativ göstərilən akvapark isə respondentlər arasında çox da sevilmir. Belə ki, rəyi soruşulanların cəmi 31 %-i yayın istisinə akvaparkda sərinlik qatır.  Akvaparksevərlər isə gənc nəslin (18-24 yaş aralığı) nümayəndələridir (57 %).

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol