• $
  • €
  • ₽
  • ₺
  • £

Lerikdə V əsrə aid məzarlıq aşkarlanıb

Lerikdə V əsrə aid məzarlıq aşkarlanıb
12.08.2017 12:45
Lerik rayonunda aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb.

Anews.az  Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Lerikin Gürdəsər kəndi ərazisində tədqiqat işlərini davam etdirirlər. Arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıblar.

Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində aparılır. Aşkar olunan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib.

Ekspedisiyanın rəhbəri Ceyhun Eminli bildirib ki, ərazidə 120-dən çox qəbir aşkarlanıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da tapılıb.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır.

Amerikalı mütəxəssis Lara Fabian ekspedisiyanın nəticələrindən danışarkən deyib: "İkinci ildir Gürdəsərdə qazıntı aparırıq. Olduqca maraqlı abidədir, 2500 il bundan əvvəl mövcud olan dövlətlərin izlərinə burada rast gəlinir. Biz azərbaycanlı arxeoloqlarla birgə əməkdaşlıqdan məmnunuq”.

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də aparılır. Ərazidə qazıntı işləri avqust ayının sonunadək etdiriləcək.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol