• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya baş prokurorunun müavini azərbaycanlı sahibkarları müdafiə edib

Rusiya baş prokurorunun müavini azərbaycanlı sahibkarları müdafiə edib
14.08.2017 17:40
Rusiya Baş Prokurorluğu azərbaycanlı sahibkarların meyvə-tərəvəz bazasında yoxlama həyata keçirən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselkhoznadzor) əməkdaşlarının fəaliyyətinin yoxlaması zamanı ciddi pozuntular aşkar edib.

anews.az Report-a istinadən məlumat verir ki, bu ilin əvvəlində azərbaycanlı iş adamlarından ibarət bir qrup şəxs Ryazan vilayətinin qubernatoruna və sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkilə müraciət edərək onları "Rosselxoznadzor"un əməkdaşları tərəfindən meyvə-tərəvəz bazasında aparılan qanunsuz axtarışlar və müsadirələrdən müdafiə etməyi xahiş edib.

İşə Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin rəhbəri, hüquqşünas Samir Qarayev müdaxil edib.

Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Yeqor Burtsevin müraciəti əsasında Mərkəzi Federal Dairə (MFD) üzrə Rusiya Baş Prokurorluğu tərəfindən "Rosselxoznadzor"un Ryazan və Tambov vilayətləri üzrə idarələrinin əməkdaşlarının fəaliyyəti yoxlanılıb.

Yoxlama zamanı müxtəlif pozuntular, o cümlədən dövlət nəzarəti haqqında qanunvericiliyin pozulması faktı müəyyən edilib. Yoxlamaların nəticələrinə əsasən, baş prokurorun müavini Vladimir Malinovski idarə rəhbəri Oleq Naumovdan pozuntuların aradan qaldırılmasını tələb edib.

S.Qarayevin sözlərinə görə, Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili araşdırmanın gələcək inkişafını diqqətdə saxlayır və hər iki aydan bir bu barədə məlumat verməyi öhdəsinə götürüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol