• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib – FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib – FOTO
14.08.2017 19:00
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran, Azərbaycan və Gürcüstan ərazilərindən tranzit keçməklə İraqdan Türkiyəyə yüksüz gedən Türkiyə vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı, 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanılıb, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçiriblər.

anews.az-ın Report-a istinadən verdiyi məlumata görə, baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol