• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli geyimlərinin qiyməti nə qədərdir?

Məktəbli geyimlərinin qiyməti nə qədərdir?
14.08.2017 22:22
Yeni dərs ilinin başlamasına 1 aydan az müddətin qalması ilə valideynlər övladlarına məktəbli geyimi almağa başlayıb.

Publika.az xəbər verir ki, artıq valideynlər məktəb hazırlığı üçün alış-verişə başlayıb.

Maraqlıdır, məktəbli geyimlərində qiymət dəyişikliyi baş veribmi?

"Məktəbli geyim forması məktəbin özü tərəfindən müəyyənləşdirilir”.

Bunu metbuat.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovdeyib.

"Hər bir məktəbin Pedaqoji Şurası Nizamnaməyə uyğun olaraq, geyim formasına özü qərar verir. Qərara əsasən geyimin forması, rəngi, üzərindəki müxtəlif rəmzlər şəxsən müəyyənləşdirilir”.

"Bizə məktəblərdən heç bir sifariş gəlmir, məktəblərlə işləmirik”.

Bu sözləri isə mətbuata açıqlamasında Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

"Geyimin miqdarı ilə bağlı planımız olmur. Bütün mağazalarımızda istənilən ölçü və sayda məktəbli formalarımız var. Elə bir valideyn yoxdur ki, Bakı Tikiş Evində istədiyi ölçüdə geyim tapa bilməsin. Sexdə 800 nəfər qadın işçi çalışır. Lazım olduğu təqdirdə 1 günün içərisində sifarişi təhvil veririk.

Vahid məktəbli geyimlərinin qiyməti?

Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün isə 46 manatdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol