• $
  • €
  • ₽
  • ₺
  • £

669 bal topladı, universitetə qəbul ola bilmədi

669 bal topladı, universitetə qəbul ola bilmədi
15.08.2017 14:02
Bu il qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyiblər.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

K. Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbulda test mərhələsindən məqbul bal toplayaraq müsabiqə mərhələsinə buraxılan, amma kəsilən abituriyentlərin sayı az deyil: "I ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 23, 400-dən çox bal toplayan 4, 500-dən çox bal toplayan 2 nəfər,  II  ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 31, 400-dən çox bal toplayan 16, 430-dan yuxarı bal toplayan 3 nəfər, III ixtisas qrupu üzrə 350 baldan yuxarı toplayan 192, 400-dən çox bal toplayan 57, 500 baldan yuxarı toplayan 14 nəfər , IV qrup üzrə 350 baldan yuxarı toplayan 73,  400-dən çox bal toplayan 51, 500 baldan yuxarı toplayan 17 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib”.

Təhsil eksperti əlavə edib ki, universitetə qəbul olmayan abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var: "III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1  nəfər kəsilib”.

K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin  ixtisas seçimində səhvə yola vermələridir:

"Abituriyentlər kodlaşdırma əsnasında keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol