• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vikipediyaçıları ilkə imza atdılar

Azərbaycan vikipediyaçıları ilkə imza atdılar
15.08.2017 15:20
"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 12-13 avqust tarixlərində Azərbaycanın qədim tarixi və gözəl təbiəti ilə məşhur olan bölgələrindən birində, Qax rayonunun İlisu kəndində vikipediyaçıların yay düşərgəsi təşkil edilib.

anews.az-a daxil olan məlumata görə, bu tip düşərgə Azərbaycanda ilk dəfə baş tutub. Düşərgəyə Azərbaycandilli "Vikipediya"nın fəal istifadəçiləri ilə yanaşı, perspektivli yeni istifadəçilər də qatılıblar.

Düşərgənin təşkilat komitəsinin rəhbəri və "Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyevin sözlərinə görə, düşərgədə iştirak etmək üçün 2 həftəlik qeydiyyat müddəti ərzində 130-dək müraciət daxil olub və onların arasından 13-41 yaş arasında 30 nəfər iştirakçı seçilib ki, onlardan da 5 nəfəri xanımdır.

Düşərgənin məhz İlisuda keçirilməsinin əsas səbəbi bu kəndin zəngin tarixi-təbiət abidələri və yay aylarında aktiv turizm bölgəsi olmasıdır. Düşərgə dövründə çəkilən yüzlərlə fotoşəkillər "Vikipediya"nın və digər əlaqəli vikilayihələrin ortaq mediafayl anbarı olan Vikianbar (Wikimedia Commons) layihəsinə yüklənərək, həm gələcəkdə məqalələrdə istifadə edilə biləcək, həm də axtarış saytlarında ölkəmiz barədə fotoşəkillər axtaran şəxslərin məlumatlanmasına xidmət edəcəkdir.

Elgün Atalıyev bildirdi ki, "Vikipediya" 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır və hal-hazırda 295 dildə fəaliyyət göstərir. Burada bütün məqalələr könüllülər tərəfindən yaradılır. Azərbaycan dilindəki "Vikipediya" layihəsi 2004-cü ildə yaradılıb. Hal-hazırda burada 123 mindən artıq məqalə var və könüllü istifadəçilərin sayəsində bu göstərici günbəgün artır.

"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi aktiv "Vikipediya" istifadəçiləri tərəfindən təsis edilib və Azərbaycan dilindəki "Vikipediya"da məqalələrin sayının artırılması ilə yanaşı, digər dillərdə də ölkəmiz barədə məqalələrin sayının artırılması və mövcud məqalələrin genişləndirilməsi, ölkəmizdə "Vikipediya"nın təbliği istiqamətində fəaliyyət göstərir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol