• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan quşçuları üçün yeni bazar - Avropa yumurta axtarır

Azərbaycan quşçuları üçün yeni bazar - Avropa yumurta axtarır
16.08.2017 20:40
Avropanın bəzi ölkələrində istehsal olunan yumurtalarda "fipronil" maddəsinin olduğu iddiaları başlayan böhran getdikcə genişlənməkdədir. 

oxu.az xəbər verir ki, ilk olaraq Hollandiya, Almaniya və Belçikada ortaya çıxan problem artıq İngiltərə, İsveç, İsveçrə və Fransada da yaşanmaqdadır. Artıq Cənubi Koreyada bir fabrikdə yumurtada "fipronil"in aşkarlanması nəticəsində ölkədəki bütün quşçuluq müəssisələrində yumurta istehsalı qadağan edilib. Böhran yumurta istehsalçılarına yeni ixrac imkanları yaradır. Artıq Türkiyədə quşçuluq müəssisələri yumurta böhranı yaşayan Avropaya ixrac imkanlarını araşdırırlar. 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Azərbaycanda yumurta istehsalının kifayət qədər olduğunu, tələbatın tam ödənildiyini bildirmişdi. Qeyd etmişdi ki, artıq quşçuluq müəssisələri yumurtanı ixrac etməyə hazırlaşır,  xarici bazar axtarır. Maraqlıdır, yerli istehsalçılar Avropadakı yumurta böhranı fürsətindən yararlanacaqlarmı? 

A.Vəliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, Avropa ölkələri Azərbaycanda istehsal edilən yumurtaya hələlik maraq göstərmirlər. Onun sözlərinə görə, yerli müəssisələr hazırda Qətər, Əfqanıstan, İraqa yumurta ixrac edirlər. 

O ki qaldı yerli müəssisələrdə yumurtaların keyfiyyətinə, A.Vəliyev deyir ki, Azərbaycanda quşçuluq təsərrüfatlarında "fipronil" maddəsindən istifadə edilmir: "Hər şey təbiidir. Toyuqlara verilən yemlərin hamısı təbiidir. Bizim təsərrüfatlarda süni qidalardan, dərmanlardan istifadə edilmir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol