• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür
16.08.2017 19:20
Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 92 il ötür.

anews.az xəbər verir ki, o, 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub.

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, yüzlərlə məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Vicdan”, "İkinci səs”, "Yağışdan sonra”, "Yollara iz düşür”, "Fəryad”, "Özümüzü kəsən qılınc”, "Cəzasız günah”, "Dar ağacı” pyesləri tamaşaya qoyulub.

1976-cı ildə "Leninlə söhbət” və "Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı” və "İstiqlal” (1995) ordenləri ilə təltif olunub.

Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib.

Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi, Bakı şəhərinin Yasamal rayonunda isə küçə var.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol