• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel şəhidini xanımı onu belə təbrik etdi - MƏKTUB

Aprel şəhidini xanımı onu belə təbrik etdi - MƏKTUB
16.08.2017 19:16
Bu gün aprel şəhidlərindən olan Elnur Əliyevin doğum günüdür. Yaşasaydı 41 yaşı olacaqdı.
 
Azərbaycan Silahlı Qüvvələrinin mayoru olmuş Elnur Əliyev 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub və "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.
 
Şəhidin doğum günündə həyat yoldaşı Nuranə Məmmədova həyat yoldaşına təbrik məktubu yazıb.
 
Modern.az saytı təbrik məktubunu təqdim edir:
 
Doğum gününü qeyd etməkdən nifrət edən insanları kinolarda, filmlərdə görmüşdüm. Amma heç vaxt anlam verə bilməmişdim. İnsan da öz doğum gününə nifrət edərmi? Səndən sonra dərk etdim ki, doğum günlərinə nifrət etmək olurmuş!
 
Sağ ikən ölməyi, doğum gününün səninlə birgə getməyini, yaş üstünə yaş gəlməsin deyə səninlə birgə dəfn elədim öz doğma günümü. Sən yox ikən güllərin, çiçəklərin ən gözəli ilə məzarını bəzəməyi hər şeydən çox istəyirəm.
 
Sənsiz keçən ikinci ad günündür. Yenə əllərimizdə gül gəlmişik. Üç ürək döyünür məzarının önündə. Gözlərini gözlərinə dikiblər, məzarını silirlər, təmizləyirlər. Hətta, bilmirlər necə etsinlər ki, ataları onlardan razı qalsın.  Gülləri məzarına düzən zaman "Ana, ağlama atam hirslənər” deyə məni təsəlli etməyə çalışan ailən səni təbrik etməyə gəlib. Bilmirəm neyləyim ki, razı qalasan... Nə deyim ki, məni eşidəsən. Məzarın üstündə oturub səninlə ürəyimdə saatlarla danışıram. Sadəcə, səsli şəkildə  bunu deməyi özümə borc bilirəm.
 
Ad günün mübarək!
 
Elə bilirəm səsimi eşidəndə biləcəksən ki, bu mənəm...Səni unutmayan, səni hər zaman hər yerdə axtaran, mümkün olmadığını bilə-bilə bir möcüzə gözləyən həyat yoldaşındı səni təbrik edən.
 
Ömrünün 10 il 10 ayını səninlə keçirdim. Birdən siman yaddan çıxar deyə şəkillərinlə nəfəs alıram. Birdən gələrsən deyə sənə aid əşyaları üfürə-üfürə saxlayıram. Uşaqları gözümdən qoymuram. Əşyalara bir şey olsa "atalarına nə cavab verərəm” qorxusuyla yaşayan Həyat Yoldaşın.
 
Bu gün 41 yaşın tamam olur. Yenə gəlmişəm, səni təbrik etməyə. Deyə bilmirəm 100 yaşayasan. Çünki qorxuram orda səni mən təbrik edə bilməyəcəm. Sadəcə, onu deyirəm: Nə qədər ki ömrüm var səni hər zaman yaşadacağam. Ömrümün yetdiyi qədər ad gününü təbrik edəcəyəm.
 
41 yaşın mübarək igidim şəhidim.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol