• $
  • €
  • ₽
  • ₺
  • £

DYP bu “Gelandewageni” axtarır – VİDEO

DYP bu “Gelandewageni”  axtarır – VİDEO
17.08.2017 16:00
Sosial şəbəkələrdə "Gelandewagen”lərdən ibarət toy karvanının Bakı yollarında hərəkəti iflic etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əsk etdirən görüntülər yayılıb. 

anews.az-ın AzVision.az-a istinadən məlumatına görə, kadrlardan görünür ki, "Gelandewagen”lərdən ibarət kartej yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır. 

DYP rəsmisi qeyd edib ki, həmin avtomobillərin sürücülərinin kimiyi müəyyən edildikdən sonra onlara qarşı lazımi cəza tədbirləri görüləcək. 

"Həmin görüntülərə baxmışıq. Orada 4 "Gelandewagen”in olduğu görünür. Ümumilikdə, həmin toy karvanında 11 avtomobil olub. Bu, o demək deyil ki, həmin toy karvanı yalnız "Gelandewagen”lərdən ibarətdir. Görüntülər bizim kameralarımız tərəfində lentə alınıb. Həmin sürücülərin aşkar edilib, məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.

Ailə quran bütün cütlüklərə xoşbəxtlik arzu edirəm, onların valideynlərinə gözaydınlığı verirəm, təəssüf ki, bəzi mental xüsusiyyətlərimizlə bağlı təhlükəli vərdişlər hələ də mövcuddur

"Mən ömrümdə bir dəfə ailə qururam” düşüncəsi ilə yol hərəkəti qaydalarını pozmaq olmaz. Bu, gülünc haldır. XXI əsrdə belə hərəkətlərə yol vermək olmaz”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol