• $
  • €
  • ₽
  • ₺
  • £

"Gelandewagen" qəzasının videogörüntülərini sistemdən Eyvaz Şahverdiyev sildirib

"Gelandewagen" qəzasının videogörüntülərini sistemdən Eyvaz Şahverdiyev sildirib
17.08.2017 16:41
Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
 
Anews.az avropa.info-a istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin isə heç nəyə "dərman” olmayan, əslində müdafiə xarakterli bəyanatı məsələnin daha da gərginləşməsinə əsas verdi. Astan Şahverdiyevi baş nazirin müavinini,eləcədə "Qaçqınkom”-un sədrini müdafiə etməsinə nə vadar edirdi?
 
Avropa. info-nun əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazları məhz baş nazirin müavini Əli Həsənovun sayəsində əldə edib. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib.
 
Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.
 
Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi. Image result for Nail Allahverdiyev Əli Həsənov Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.
 
Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə Əli Həsənovun himayəsi altında bütün qohum əqrabalarına vəzifə verdirən Astan Şahverdiyevin Əli Həsnovu müdafiə etməsində səmimiyyət yox,digər amillərin olduğu ortaya çıxır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol