• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq kanalı ilə bağlı yeni təşəbbüs

Uşaq kanalı ilə bağlı yeni təşəbbüs
18.08.2017 11:45
"Azərbaycan kimi ərazisi kiçik olan, əhalisinin sayı çox olmayan ölkələrdə sahə xarakterli televiziya kanallarının açılması məqsədəuyğun deyil". 

anews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, Azərbaycanda uşaq kanalının açılması ilə bağlı müzakirələr gedirdi, hətta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə bir təkliflə çıxış etmişdi: "Amma hesab edirik ki, bunun üçün mövcud televiziya kanallarının potensialından istifadə etmək daha doğru olardı. Uşaqlarla bağlı ayrı televiziya kanalının yaradılması böyük maliyyə vəsaiti tələb edir. Bilirsiniz ki, Azərbaycanda mədəniyyət kanalı, idman kanalı açılıb, yəni bu, Azərbaycan dövlətinin bu sahələrə verdiyi xüsusi diqqətdir. Əgər Azərbaycan dövləti uşaq televiziyası ilə bağlı maliyyə məsələsini öhdəsinə götürərsə, bu məsələyə baxıla bilər".

N.Məhərrəmlinin sözlərinə görə, MTRŞ çalışır ki, Azərbaycanda uşaqların mənafeyinə uyğun verilişlərin sayı çoxalsın, cizgi filimlərinin sayı artsın: "Hətta bununla bağlı bir neçə dəfə müraciətlər etmişik. 

Azərbaycanda bölgə kanalı kimi "ARB Günəş" adında kanal son zamanlar öz funksiyasını dəyişərək uşaqlarla bağlı verilişlər hazırlayan bir kanala çevrilib. Hətta biz onun yayımını kabel şəbəkələrinə də keçirdik ki, Azərbaycanda uşaqlar bu kanala baxa bilsinlər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol