• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur kriminal avtoritet Lənkəranskinin qəbri üstündə

Məşhur kriminal avtoritet Lənkəranskinin qəbri üstündə
19.08.2017 00:25
Kriminal dünyasının tanınmış nümayəndələri bir il əvvəl öldürülmüş Rövşən Lənkəranskinin qəbrinə gül çələngi qoyublar.

Yenicag.az xəbər verir ki, cinayət aləminin "Ümumavropa kassasının” nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib.

Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasimində iştirak etmək olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qastəmirov "qardaşı” Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib. Qastəmirovu Rövşən Lənkəranskinin məzarını ziyarətə gələn lənkəranlılar izdihamla qarşılayıblar. Şeyx Həmzət onlara Rövşən Lənkəranskinin onun üçün çox dəyərli olduğunu bildirib, bu itkinin yerinin doldurulmayacağını qeyd edib. Yeri gəlmişkən, Qastəmirov çıxışını Azərbaycan dilində edib. Sonra Şeyx Həmzət Rövşən Canıyevin (Lənkəranski) ruhuna dua oxuyub və Lənkəranskinin atası Rafiq Canıyev və digər rəhmətə gedən doğmalarının məzarlarını ziyarət edib, ruhlarına Fatihə oxuyub. Daha sonra o Bakıya qayıdıb.

Qeyd edək ki, Almaniyada yaşayan kriminal avtoritet Qastəmirov bir həftədir Bakıdadır.

Bununla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Lənkəranskinin xatirəsini yad etmək üçün kriminal dünyasının hal-hazırda qanunla hər hansı problemi olmayan azsaylı nümayəndələri gəlib. "Qonaqlar sakitcə mərhumun qəbrini ziyarət ediblər, gül çələngi qoyublar və səssizcə oradan uzaqlaşıblar” — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol