• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda oğurlanan nadir əşyalar tapılıb

Azərbaycanda oğurlanan nadir əşyalar tapılıb
19.08.2017 10:05
Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.
 
Bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.


M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir.


Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.


Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.


Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol