• $
  • €
  • ₽
  • ₺
  • £

Ağır yol qəzası - 3 ölü, 4 yaralı

Ağır yol qəzası - 3 ölü, 4 yaralı
20.08.2017 20:02
Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuzrayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində hələki şəxsiyyəti məlum olmayan bir nəfər aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.

Oğuz MRX-dan Averilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri olan Məhsuma Qəhrəmanova, onun 13 yaşlı övladı Murad Qəhrəmanov, Oğuz rayon sakinləri 1960-cı il təvəllüdlü Sədaqət Abdullayeva, onun övladı 1990-cı il təvəllüdlü Cəmil Abdullayev, Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyev və Şəkinin Aşağı Göynük kənd sakini Ziyəddin adlı şəxs ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan bildirilib ki, Ziyəddin və Şükür adlı iki yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Digər yaralıların müayinəsi davam etdirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (APA)



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol