• $
  • €
  • ₽
  • ₺
  • £

Balacaboy hündür adam

Balacaboy hündür adam
21.08.2017 09:01
İndiyə baxmayın, Avropa Azərbaycanlılarla doludu. Onminlər, yüzminlər. İndi bizimkilərə ən şimal ölkənin ucqar qəsəbəsində də rastlayarsınız. Sovet dönəmində isə gələnlər tək-tək idi.

Sayın çoxluğu əsas deyil ki. Əsas çoxmillətli, multikultural bir qitədə görünmək, boy verməkdi. Yüzminlərin içində ictimai-siyasi, mədəni-sosial fəal insanımız yüzlər ola, olmaya – izdiham içində başı görünən soydaşımız çox azdı.

1990-cı ildə Avropaya gələn gündən boyu görünən bir adamın bu gün 60 yaşı tamam olur. Boyu balacadı. Şuşalı dostum Hikmət Sabiroğlu 25 il əvvəl bizi tanış eləyəndə onu necə görmüşdümsə, elə o boydadı, bir barmaq da boy atmayıb. Amma boyu Avrasiyanın hər yanından görünür.
Elman Mustafazadədən danışıram!

Beş il deyildi Polşaya gəldiyi, eşitdik, "Avropada Azərbaycanın Dostları” cəmiyyətini yaradıb, ölkəmizi tanıdır. "Xudafərin” adlı jurnal nəşr edir. Polşa elmi, ictimai dairələylə əlaqələr yaradır. Qazandığı beş-üç paranı bu yola xərcləyir.
Sonra bu işi Niderlanda, Almaniyaya daşıdı. Neçə-neçə cəmiyyətin fəxri üzvüdü, hərəkətdə, yollardadı, səsi gah Rusiyadan, gah Litvadan gələr.
Deyirlər bizim Diaspora komitəmiz var. Bilmirəm nə iş görür. Mənim tanıdığım diaspora komitəsi elə Elman Mustafazadədi. Təsis etdiyi "xudaferin.eu” portalına nəzər salın sadəcə.

Elmanın asta danışığını yalnız ürəyini açdığı, dərdini bölüşdüyü ikili məclisdə eşidərsən. Qarabağdan, Şuşadan, Bakıdan keçmiş zamanda danışanda eşidərsən bu pıçıltılı səsi. Söhbət bu gündən düşəndə isə… kafedə millət çönüb baxar, küçədə insanlar hürkər hayqırtısına.
Elman narahat adamdı. O vaxt da belə idi. İndi də belədi. Öz balasından tutmuş hansısa şəhərdə oxuyan tələbə soydaş balasınacan, vətəndə ehtiyacı olan qohuma, dostacan narahat adam.
 


Axırıncı dəfə onunla bu ilin martında görüşdük. Bakıdan dostum İlham İsmayıl gəlmişdi. Bizi görüşə dəvət elədi. Neçə gün qonağı olduq. Almaniyanın Bamberq şəhərini gəzirdik, birdən İlham qulağıma pıçıldadı: "Mən Elmana məəttələm. 27 ildi Avropada yaşayır, heç dəyişməyib. Elə bil Şuşadan indicə gəlib”. Dedim, yüz il də keçə dəyişməyəcək o.
 
Elman üstündə Qarabağ havası daşıyan Avropalıdı.

***

Bu gün sənin 60 yaşın tamam olur, əziz dost! Balaca bir məclis də mən düzəldəcəm, neçə-neçə şəhərdə dostların açdığı məclis kimi.
İnsan yaşlandıqca, səbri böyüyür – səndə əksinədi. İllər sənin səbrindən kəsir, aparır. Sən böyüdükcə səbrin daralır. Sənin o narahat qəlbinin dinclik ünvanını mən bilirəm. O ünvanın qapısını döyməyincə, rahat olmayacaqsan.

O qapını birlikdə döyək – sənə yubiley arzum budu!

Təbrik edirəm, əziz dost, narahat adam – balacaboy hündür oğlan!

Vahid Qazi
21 avqust 2017
Trossö, İsveş
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol