• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda insanlar ticarət mərkəzinə hücum etdilər - VİDEO

Bakıda insanlar ticarət mərkəzinə hücum etdilər - VİDEO
21.08.2017 11:29
Bakıdakı "Nərgiz Mall" ticarət-əyləncə mərkəzində yeni endirimli mallar satılan "outlet-mağaza"nın açılışı paytaxtın qadın sakinləri arasında görünməmiş ajiotaja səbəb olub.

Hadisə şahidlərinin qeydə aldığı videolardan göründüyü kimi, insanlar mollun açılışı ilə eyni anda ticarət mərkəzinə, sözün əsl mənasında, hücum edib və yeni mağazaya doğru yönəlib.

Anews.az 1news.az-a istinadən xəbər verir ki, ziyarətçilərin görünməmiş axını insanlar arasında toqquşmalara gətirib çıxarıb və bir neçə saatdan sonra nəinki yeni "outlet-mağaza", hətta bütün ticarət mərkəzi vəziyyətin tənzimlənməsi məqsədilə bağlanıb. Ertəsi gün mağazanın işi bərpa olunub.

Şahidlər deyir ki, bu gün səhər yenə də böyük insan kütləsi hələ ticarət mərkəzi açılmamış onun girişinin qarşısına toplaşıb və mağazanın vaxtından əvvəl açılmasını tələb edib. Eyni zamanda, insanların sıxlığı bəzilərinin halının pisləşməsinə səbəb olub.

Bildirildiyinə görə, mağazada bütün mallar cəmi 5 manata satılır və elə bu da insanların böyük marağına səbəb olub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol