• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq

Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq
22.08.2017 16:40
Sentyabrın 1-i və 2-də Qurban bayramı ilə əlaqədar Bakıda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yarmarkalar təşkil olunacaq.

anews.az xəbər verir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli azvision.az-a bildirib ki, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. 

Onun sözlərinə görə, bayram günlərində dövlət xidmətinin nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarət edəcəklər. 

Y.Xanvəli qeyd edib ki, Qurban bayramında kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığına ciddi nəzarət olunacaq.

Y.Xanvəli bildirib ki, icazə verilməmiş yerlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən heyvan kəsimlərinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq qurumlurla birlikdə ciddi tədbirlər görəcək.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də, süni qiymət artımının qarşısının alınması məqsədilə hər il İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində paytaxtda və Bakıətrafı qəsəbələrdə bazarlardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil edilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol