• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən xəbərdarlıq: 3 gün evdən çölə çıxmayın

Nazirlikdən xəbərdarlıq: 3 gün evdən çölə çıxmayın
23.08.2017 14:17
Hazırda Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən daxil olan tozlu küləklə bağlıdır və analizlərin nəticəsinə əsasən, havada tozun həcmi sanitar normadan 20 faiz artıqdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M.Avazova bildirib ki, tozlu külək bu gün səhər saat 09:00-dan Azərbaycan ərazisinə daxil olub: "Səhər saat 07:00-da aparılan analizlərin nəticəsinə əsasən, havada tozun miqdarı norma daxilində olub, lakin sonradan vəziyyət dəyişib”.

Departament direktoru bildirib ki, bu cür hava şəraitinin ayın 26-dək davam edəcəyi proqnozlaşdırılır:

"Zəif cənub-şərq küləyi əsdikcə, yəni Türkmənistan tərəfdən külək əsdikcə tozlu hava şəraitinin avqustun 26-na qədər davam edəcəyi, atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. Havada yüksək temperatur, yüksək rütubət olacaq. Məsləhət olunur ki, nəfəs yollarında problem olan insanlar ev şəraitində qalsınlar. Əgər başqa istiqamətdən külək olarsa, vəziyyət başqa cür inkişaf edə bilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol