• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi məhsullara saxta tarixlər vurulur

Bəzi məhsullara saxta tarixlər vurulur
29.05.2020 04:58
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı bəzi məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Saratovka" adlı, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında "Kaspian Prodakşn Layn" MMC tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Lavanda" adlı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən yağlılığı 9% olan 400 qramlıq "İsmayıllı" adlı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Bərəkət" adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə "Kaspian Prodakşn Layn" MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol