• $
  • €
  • ₽
  • ₺
  • £

Bakinternet “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlandı

Bakinternet “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlandı
24.08.2017 19:20
"Baktelecom” bu gündən etibarən "Bakinternet” istifadəçiləri üçün "Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlayıb. 

Bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən "online” qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kibercinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür. 

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və s. təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək. 

Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi www.baktelecom.az saytının "Şəxsi kabinet” bölməsinə daxil olaraq "Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra  təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri "qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, "qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyəti Telekommunikasiya Qovşaqları və "Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol