Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanına yollandı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.
anews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Report-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir.
Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.
Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.
Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























