• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdən bu cür istifadə edənlər həbs ediləcəklər

Sosial şəbəkələrdən bu cür istifadə edənlər həbs ediləcəklər
28.08.2017 18:00
İnternet həyatımızın bir hissəsinə çevrildiyi vaxtda, təəssüf ki, onun fəsadlarından da yan keçmək olmur. İnternetin yaratdığı problemlərdən şikayət edənlərin sayı da kifayət qədərdir.

anews.az ARB 24-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə saxta profillərin açılması, adminin adından yanlış məlumatların yerləşdirilməsi və internet resurslarında yayımlanması insanları narahat edən əsas amillərdən biridir. Mütəxəssislər deyir ki, belə halların qarşısını dərhal almaq mümkündür. Yetər ki, vəziyyətdən asılı olaraq, hara müraciət etdiyini biləsən.

Fərhad Hüseynov (şikayətçi): "Belə hallar 2-3 dəfə başıma gəlib. Birinci dəfə profilim oğurlandı, ikinci dəfə dostum mənə dedi ki, adına profil açılıb".

Mütəxəssislərin sözlərinə görə, saxta profillərin yaradılmasında kriminal xarakterli nüanslar varsa, o zaman hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmək lazımdır.

Osman Gündüz (İT mütəxəssisi): "Hesab edirəm ki, bununla bağlı məlumatlandırma işləri aparılmalıdır. 

Saxta profillərin qarşısını almaq üçün ilk növbədə həmin sosial media resursunun rəhbərliyinə məlumat vermək lazımdır. Saxta profili müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Onun yaranma tarixinə, paylaşımlarına baxmaq lazımdır.

Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə saxtakarlıq və şantaja əl ataraq bu sahədəki boşluqlardan geninə-boluna yararlananlar az deyil. Bəs saxta profili necə müəyyən etmək olar? Saxta profil açan insanları elektron müşahidə vasitələri və İP adreslə tapmaq mümkündür. Həmçinin saxta profilləri müəyyən etməyin digər yolu onların qondarma adlarla adlandırılmasıdır. Hüquqşünaslar da təsdiqləyirlər ki, belə faktlar kifayət qədərdir. Lakin insanlar buna bir o qədər də ciddi yanaşmadığından polisə, məhkəməyə müraciət edənlərin sayı olduqca azdır.

Təəssüf ki, belə təxribatlara məruz qalanlar arasında tanınmış insanlar da var. Hətta bəzən dünya şöhrətli yazıçıları dırnağarası dirildənlər də tapılır. Məsələn, Dostoyevski, Cek Londan, Eynşteyn sizə dostluq göndərsə, heç də təəccüblənməyin. Psixoloqlar bu üsula əl atan insanların addımını onların daxili boşluğu ilə əlaqələndirirlər.

Qanuna edilən son dəyişikliyə görə, saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edib, böhtan və təhqir edən şəxslər 1000 manatdan 1500-dək cərimə olunur, eyni zamanda, 2 ilədək azadlıqdan məhrum edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol