• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda güclü zəlzələ gözlənilir

Bakıda güclü zəlzələ gözlənilir
29.08.2017 10:45
"Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.

anews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv zəlzələ ocaqları çoxdur: "Azərbaycanda həmişə olduğu kimi, seysmik təkanlar qeydə alınır. Zəif zəlzələlər kifayət qədər çox olur və həmişə də olacaq. 

Orta güclü zəlzələlər bir qədər azdır. Ümumiyyətlə, dünya sistemində də güclü zəlzələlərin zəiflərə nisbətən az olduğu müşahidə edilir. Bu mənada, zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil və proqnozlarla çıxış edənlərə inanmaq olmaz. 

Adətən, seysmoloq olmayanlar bu cür fikirlər səsləndirirlər. Düşünürəm ki, heç yaxın 50-100 il ərzində də bu cür proqnozlar reallaşmayacaq. Zəlzələlər adi qaydada davam edir. Yerin daxili qatlarında potensial enerji var və onlar kritik həddə çatanda zəlzələ baş verir. Ola bilər ki, tam sakitliyə rəğmən, zəlzələ baş versin. Yəni meyarlar tam müəyyən olunmadığı üçün zəlzələ proqnozu verə bilmərik”.

T. Məmmədli qeyd edib ki, Xəzər dənizində müşahidə edilən zəlzələlər bir qədər fərqlidir: "Xəzər dənizində tez-tez zəlzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Qurudan fərqli olaraq, burada baş verən zəlzələlər nisbətən dərində olur. Əgər Azərbaycanın quru ərazilərində zəif zəlzələlər 30-35 km-ə qədər dərinliyə yayılırsa, Xəzər dənizində bu rəqəm 60 km-ə qədər olur. Amma güclü zəlzələlər quru ərazidə 10-15 km, Xəzər dənizində 30-35 km olur. 

Azərbaycanda zəif təkanlar həmişə çox olur, güclülər isə nadir hallarda. Bu, seysmikliyin ümumi qanunauyğunluğudur. Ölkədə aktiv zəlzələ ocaqlarının konkret sayını demək olmasa da, çox olduğunu qeyd etmək lazımdır. Şamaxı, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala, Quba, Sabirabad, Zərdab, Lənkəran, Yardımlı, Masallı və digər bölgələrdə aktiv zəlzələ ocaqları var. Xəzər dənizində də beş-altı potensial zəlzələ ocağı mövcuddur. Bu baxımdan, nə vaxtsa güclü zəlzələlərin olma ehtimalı var.

Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. Ümumilikdə Azərbaycan ərazisi bu və ya digər titrəyişlərə məruz qalıb və qalacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol