• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Xüsusi Təyinatlıları Azərbaycan kriminal avtoriteti döşəməyə yatırtdı

Rusiya Xüsusi Təyinatlıları Azərbaycan kriminal avtoriteti döşəməyə yatırtdı
29.08.2017 19:31
Rusiya Xüsusi Təyinatlılarının  və "Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları  "Kiçik Gürcüstan" restoranında reyd keçiriblər.

Virtualaz.org bildirir ki, bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov  öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər.

"Kiçik Gürcüstan" restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta sərilməyə məcbur edilib. "Avtozak”larda təxminən 50 nəfər aparılıb.

Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin "smotryaşisi”,  Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun "sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə  saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının "krışalığını” təmin edib.

74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları "götürüblər”.

Bundan başqa, bir neçə avtomobilə baxış da keçirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol