• $
  • €
  • ₽
  • ₺
  • £

BBC Vasif Talıbovun məşhur sərəncamından YAZDI

BBC Vasif Talıbovun məşhur sərəncamından YAZDI
31.08.2017 11:17
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun avqustun 28-də "Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalaması dünya mətbuatının da gündəminə gəlib.
 
Modern.az saytının xəbərinə görə, Böyük Britaniyanın nüfuzlu BBC korporasiyası qeyd edib ki, Vasif Talıbovun Makiavellinin "Hökmdar” əsərini tövsiyə etməsi diqqət çəkir.
 
Bildirilib ki, Vasif Talıbovun sərəncamı o deməkdir ki, tövsiyə etdiyi 30 kitab hər bir məktəbə, kitabxanaya, mədəniyyət müəssisəsinə göndərilməlidir.
 
Qeyd edək ki, Vasif Talıbovun sərəncamı ilə siyahıya aşağıdakı 30 kitab daxil edilib:
 
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
 2. "Kitabi-Dədə Qorqud” dastanı
 3. "Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)
 4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi”. Poema
 5. "Nizaminin hikmət və nəsihətləri”
 6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri”
 7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri”
 8. Hüseyn Cavid. "Azər”. Poema
 9. Cəlil Məmmədquluzadə. "Hekayələr”
10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm”. Roman
 11. Qurban Səid. "Əli və Nino”. Roman
 12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam”.Poema
 13. "Təmsillər” (uşaq ədəbiyyatı)
 14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu
 15. Faruk Sumer. "Oğuzlar”
 16. Rəşidəddin Fəzlullah. "Oğuznamə”
 17. Yusif Balasaqunlu. "Qutatqu bilik”
 18. Teodor Drayzer. "Dahi”. Roman
 19. Cek London. "Həyat eşqi”. Hekayə
 20. Ernest Heminquey. "Qoca və dəniz”. Povest
 21. Nikolo Makiavelli. "Hökmdar”
 22. Gi de Mopassan. "Gombul”
 23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə”
 24. Nikolay Ostrovski. "Polad necə bərkidi”. Bioqrafik roman
 25. Moris Meterlink. "Arıların həyatı” və "Göy Quş” əsərləri
 26. "Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)
 27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri”. (Təmsillər)
 28. "İslamda müdrik kəlamlar”
 29. Sədi Şirazi. "Gülüstan”
 30. Eynəli bəy Sultanov. "Məqalələr

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol