• $
  • €
  • ₽
  • ₺
  • £

DGK: Türkiyə vətəndaşından döyüş sursatları götürülüb

DGK: Türkiyə vətəndaşından döyüş sursatları götürülüb
31.08.2017 15:40
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsinə cəhdin qarşısını alıblar.

anews.az-ın xəbərinə görə, bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildiriblər.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Türkiyə vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb.

Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib. Nəticədə, çantanın iç cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 4 ədəd tapança patronu aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan patronlar zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, "BROWNING lang", "BROWNING", "Long Remington", "Selbstlade-Pistole", "DWM 538", "Parabellum" konstruksiyalı tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş birdəfəlik istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol