Aeroport yolunda ağır qəza

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1991-ci il təvəllüdlü Tərlan Kazımov xəsarət alıb. O, "Kia" markalı avtomobilin sürücüsüdür.
Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
"Mercedes" markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.
Bu vaxt arxadan gələn "KİA" markalı avtomobil yolda hərəkətsiz dayanan "Mercedes"ə çırpılıb, ardınca isə "London taksi"sinin sürücüsü idarəetməni itirərək maşını "KİA"-ya çırpıb.
Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib