Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar 2017-ci il sentyabrın 6-dan 13-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
anews.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























